
Müxalifətdə olan bir sıra siyasi təşkilatlar Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında bir araya gələrək aprelin 11-nə təyin olunmuş prezident seçkilərini müzakirə edəcək.
Bu barədə Gununsesi.info-ya KXCP-dən məlumat verilib.
Bildirilib ki, fevralın 6-da saat 12.00-da müxaliftdə olan siyasi partiyalar bir araya gələrək Azərbaycan prezidentinin 2018-ci ildə keçiriləcək prezident seçkilərinin vaxtının dəyişdirilərək, aprelin 11-də növbədənkənar prezident seçkiləri keçirilməsi ilə bağlı sərəncamını dəyərləndirəcək və gələcək addımları barədə məsləhətləşmələr aparacaq.
Toplantıda müxalifətin seçkilərdə maksimum dərəcədə konsolidasiya olunaraq vahid namizədlə iştirakı, fəaliyyətini koordinasiya olunmuş qaydada qurmaq məsələləri müzakirə olunacaq.
Mürtəza
Gununsesi.info










