Müxtəlif ölkələrdə “Yeni il” adətləri

  • By admin
  • 30 Dekabr 2016 14:38

yeni
Yenə də il ayrıcındayıq. 2016-cı il tarix olur. Beləcə “Xoruz ili”ni qarşılamağa hazırlaşırıq.

Ümumiyyətlə, hər bir ölkə Yeni ili özünəməxsus adət- ənənələrlə qeyd edir. Kimi buzlu suya girir, kimisi ev əşyalarını atır.

Gununsesi.info ən qəribə yeni il adətlərini oxucularına təqdim edir:

Ekvador sakinlərinin Yeni il ənənələri olduqca maraqlıdır. Burada kimsə növbəti ildə daha çox səyahət etmək istəyirsə, gecə saat 12-də böyük çamadanla yaşadığı binanın ətrafında bir neçə dövrə qaçmalıdır.

Bolqarıstanda yeni il axşamı uşaqlara alabəzək hədiyyələr və şirni bağışlamaq dəbdədir. Deyirlər ki, yeni il axşamı kim çox uşaq sevindirsə, təzə ildə onun o qədər fərəhli günləri olacaq.

İtaliyada yeni il şənlikləri köhnə əşyaların atılması ilə başlanır. Buna görə küçədə olan adamlar yoldan keçərkən ehtiyatlı olmalıdırlar. İtalyanlar bu ənənəni çox sevirlər. Çünki köhnə ildə atılmış əşyalar yeniləri ilə təzələnir.
Panamada xüsusi hazırlanan kuklalar yeni il tonqalında yandırılır. Kuklala köhnə ili təmsil edir. Onların yandırılması isə pis ruhların uzaqlaşdırılması və yeni başlanğıc deməkdir.

Filippində masada olan hər şeyin yuvarlaq olmasına diqqət edirlər. Çünki yumru forma pulu simvolizə edir. Bu isə zənginlik əlamətidir.

Çilidə insanlar gecə yarısı bir qaşıq mərcimək yeyənlərin bütün il boyu işlərinin yaxşı gedəcəyinə və həmin il çoxlu pul əldə edəcəklərinə inanırlar.

Sibirlilər yeni ildə buzlu suya girirlər.

Yeni Zelandiyada yeni ilə qədəm qoyarkən hər kəs küçələrə tökülür və mümkün olduqca, yüksək səslə qazan-tava çalınır.

Şotlandiyada saatlar gecə yarısını vurar- vurmaz dostun evinə “ilk ayaq” basan olmaq üçün bir yarış başlayır. “İlk ayaq”lar getdikləri evlərə pul, çörək, duz, kömür, viski kimi mədəni bolluq da apararlar.

Rusiyada isə insanlar diləklərini kiçik kağız parçalarına yazar, bu kağızları yandırar, sonra yanıq kağızı şampan badələrinə atıb bu şampanları içərlər.

Rumıniyada yeni il süfrəsi üçün içərisi sürprizlərlə dolu kökə bişirmək dəbdir. Yağlı kökənin içərisində daha çox pul, gümüş üzük, acı istiot qoyurlar. Yemək vaxtına kimin bəxtinə nə çıxdı. Bəxtinə istiot çıxan adam il boyu ehtiyatla dolanmalıdır ki, acı günlər ondan uzaq olsun. Kökəsindən pul və üzük çıxanları isə xoşbəxtlik gözləyir.

Anar

Gununsesi.info