Azərbaycandan sonra Ermənistana səfər edəcək

Avropa Komissiyasının sədri Ursula fon der Leyen iyulun 2-də Ermənistana işgüzar səfər edəcək.

Gununsesi.info xəbər verir ki, bu haqda Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Avropa Komissiyası sədrinin səfər çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcəyi bildirilir.

Məlumata görə, danışıqlardan sonra Paşinyan və Avropa Komissiyasının sədri bəyanatlar verəcək və jurnalistlərin suallarını cavablandıracaqlar.

Xatırladaq ki, Lyayenin 1 iyulda Azərbaycana səfəri gözlənilir.

Gununsesi.info