Ədalətsizlikdən şikayətlənən generala ağır ittihamlar - SƏN ÖZÜN DƏ ZALIM OLMUSAN!

Xəbər verdiyimiz kimi, Azərbaycanın Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının sabiq komandanı general-mayor Altay Mehdiyev 26 İYUN SİLAHLI QÜVVƏLƏR GÜNÜ ilə bağlı məqaləsində özünə qarşı ədalətsizlikdən danışıb.

Gununsesi.info-nun xəbərinə görə, onun bu barədə açıqlaması saytımızın sosial şəbəkə hesablarında böyük müzakirələrə səbəb olub.

Belə ki, Altay Mehdiyevin açıqlamasına münasibət bildirən ayrı-ayrı hərbçilər onun özünü vaxtilə başqalarına qarşı ədalətsizlikdə günahlandırıb:

“Qafqaz Aslanı – Altay Mehdiyev 1999- cu ildə Naxçıvanda işləyirdi. Qaubvaxta düşən əsgərlərə həddən artıq zalım davranırdı. Yəni bunun etdiyi haqsızləqlərin həddi hüdudu olmayıb. Ona görə də buna qarşı kim haqsızlıq edibsə elə düz edib. Qərargah rəisi idi Naxçıvanda.

Şahin Həziyev -Sən özün də naxçıvanda zabitlərə qarşı heç də ədalətli olmamısan sənin əlinlə çox zabitin karyerası ləkələnib

Nurlana Yusifqızı -İlahi ədalətdi yaşayirsan ay alçaq” .

 

 

Elmar

Gununsesi.info