Antverpen Dünya Almaz Mərkəzi (AWDC) ABŞ Prezidenti Donald Trampa 321 təbii brilyantdan ibarət qızıl üzük hədiyyə edib.
Gununsesi.info xəbər verir ki, bu barədə mərkəzin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, hədiyyə ABŞ-nin müstəqilliyinin 250 illiyinə həsr olunub.
AWDC sədri İsidor Mersel bildirib ki, “Amerika Birləşmiş Ştatları nəsillər boyu bizim ən vacib ticarət tərəfdaşımız olub. Antverpendə satılan təbii almazların əhəmiyyətli bir hissəsi sonda Amerika zərgərləri və istehlakçılarına çatır. Bu üzüklə biz bu güclü iqtisadi münasibətləri qeyd etmək istədik”.
Üzüyün qızıldan hazırlandığı və 321 təbii brilyant və 75 digər qiymətli daşla bəzədildiyi deyilir. Hədiyyə ABŞ-nin Belçikadakı səfiri Bill Uayta təqdim edilib.
Mərkəz, istehsalda yalnız təbii almazlardan istifadə edildiyini, təbii və süni almazları çılpaq gözlə ayırd etmək mümkün olmadığı, lakin onların mənşəyi, unikallığı, dəyəri və statusunun keyfiyyətcə fərqli olduğunu xüsusilə vurğulayıb.













