Muxtar Babayev Yenikənd Su anbarında qanunsuz balıq ovuna niyə göz yumur? - VİDEO

  • Müəllif: admin
  • 21 Yanvar 2019 20:38

Şəmkirin Yenikənd  Su anbarında brokonerlər tərəfindən su hövzəsində olan bioloji resurslar hər gün sözün əsl mənasında soyqrıma məruz qalırlar.

Azərbaycanın yeni ekologiya naziri Muxtar Babayevin  isə Kür çayı hövzəsində balıq ovunu qadağan edilməsi göstərişinə isə əməl olunmur.

Bu barədə Gununsesi.org-a daxil olan məlumatda bildirilir.

Belə ki, sabiq ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun dönəmindən Kür çayı hövzəsinə qənim kəsilmiş bir qrup məmur tərəfindən “krışa”lıq edilən brokonerlər su hövzəsində icazəsiz balıq ovu ilə məşğuldur.

Burada gün ərzində minlərlə balıq məhv edilir.

Gununsesi.org-un araşdırması zamanı o da bəlli olub ki,  Ekologiya və Təbii Sərvətlər Naziriliyinin Su Hövzələrində Bioloji Resursların Artırılamsı və Mühavizəsi Deportamentinin əməkdaşları tərəfindən yeni nazir təyin ediləndən bu günə kimi bir dəfədə olsun reyd keçirilməyib.

Nazirliyin əraziyə təhkim edilmiş olan Tovuz rayon Ekologiya İdarəsinin rəisi Afyət Mikayılovdan bu məsələyə münasibət öyrənməyə çalışdıq.  Əməkdaşımızla söhbətində Afyət Mikayılov bildirdi ki, brokonerlərə qarşı mübarizə aparmaq üçün nazirlikdən lazımı avadanlıq və texnika verilməsini gözləyirlər.

O, bildirib ki, prosesin gecikməsi ciddi zərərlərə gətirib çıxara bilər.

 

 

https://youtu.be/1T3ZKNOPeOY?t=37

Ərşad İbrahimli

Gununsesi.org