Nərgiz Babayeva-Kərimovanın ölkənin kasıb, ehtiyac içində yaşayan, xəstəliklərdən əziyyət çəkən uşaqları və həyat yoldaşını itirmiş, öhdəsindəki uşaqları çətinliklə böyüdən analar daha yaxşı xarakterizə edirlər. Sosial şəbəkələrdə tez-tez hasısa imkansz ailənin xəstə uşağının sağlamlığını bərpa etmək üçün çağırışlar edir. Səsinə yüzlərlə, minlərlə insan səs verir. İxtisasca həkimdir, doğrultduğu etimadi heç zaman itirməz. Məsuliyyətlidir, həssasdır, dəqiqdir. Üzərinə götürdüyü məsuliyyətin yükü nə qədər ağır olsa belə, yolundan dönməz, çətinlikdən qorxmaz. Anadagəlmə ürək qüsurlu doğulan neçə körpənin yenidən həyata qayıtması üçün əməliyyat xərclərini ödəməklə yanaşı, onları səfərlərində müşaiyyət edir, ağır ürək əməliyyatlarında həkimlərlə bərabər iştirak edir.
İllərdir körpələrə təmənnasız xidmət göstərən, bundan məmnunluq və qürur duyan bu zərif xanımla başa vuracagımız ilin son qədəmlərində hesabatvari söhbət etdik. Gununsesi.info müsahibəni təqdim edir.
Nərgiz xanım, 2016-cili başa vururuq. Hesabat “qovluğ”unuzda nələr üstünlük təşkil edir?
– Əvvəlcə hər kəsi salamlayıram və yeni 2017 ci ildə bütün ailələrə xoşbəxtlik və sağlamlıq arzu edirəm. Əgər kiminsə acısı, ağrısı olubsa, qoy o o ağrılar, acılar 2016-cı ildə qalsın. Arxada qoyacagımız, yola salacagımız 2016-cı il bizim üçün çox hərəkətli il olub. 100 xəstə uşaq sağlam həyata dönüb. Neçə ailələrə sevinc bəxş edilib. Mütəmadi olaraq hər ay 100-150 ailəyə ərzaq yardımı edilib. Açığı ərzaq yardımlarından danışmağı sevmirəm. Bu mənim özümün təşəbbüsümdür. Amma bəzi hallarda görülmüş işlər haqqında məlumat vermək lazımdır ki, daha çox insan xeyriyyə işlərinə qoşulsun.
Özünüzə hesabat verərkən nələrə təəssüf edirsiniz?
– Sözün düzü, təəssüfləndiyim məqamlar olmur. Çünki hansısa bir işi görəndə əvvəlcədən çox düşünürəm.
Artıq bir neçə dəfədir ki, evsiz ailələrə bayram hədiyyəsi olaraq, ianələr sayəsində normal ev yaxud ev şəraiti yaradırsınız… Hazırda işlər nə yerdədir?
– Son 2 ildə 3 ailə üçün ev tikilib. Onun biri Siyəzəndə yaşayan çoxuşaqlı ailə üçün, digəri isə Yasamal qəbirsanlığında yaşayan Fatimə, Zəhra və Zeynəb üçün. 3-cü evin tikilməsinə təsadüfən qərar verdik. 11 yaşlı Rənanın ailəsinə dostlarimız mütəmadı olaraq ərzaq, geyim, məktəb ləvazimatlari ilə yardım edirdilər. Bir neçə vaxt bundan əvvəl Rənanın mənə yazdığı mesaj məni sarsıtdı. Qız onların qaz pulunun ödəməyimi xahiş edirdi. Soyuq bir gün idi. Mən onlara getdim. Və gördüyüm şərait mənu dəhşətə gətirdi. Elə həmin gün insanlara müraciət etdim. Mənim çağırışıma çox adamlar səs verdi. İnşallah Yeni ildə bu ailənin təmirli mənzilini özlərinə təhvil verəcəyik.
Son dövlər sosial şəbəkələrdə istifadəçilər xəstə və yardıma ehtiyacı olan uşaqların şəkillərini tez-tez paylaşırlar. Həqiqətən yardıma ehtiyacı olanlarla fırıldaqçıları necə müəyyən etmək olar?
– Sözün açığı, sosial şəbəkələrdə xəstə uşaqlar haqqında paylaşılan məlumatlara heç bir şərh yazmıram. Çünki bəzi hallarda uşağının xəstəliyindən istifadə edən valideynləri çox görmüşəm. Mən yalnız o halda kömək edirəm ki, valideyn özü ərizə ilə mənə müraciət edir. Gedib ailə ilə tanış oluram. Ondan sonra uşağı güvəndiyimiz həkimlər müayinə edir. Yalnız bundan sonra mən müraciət edib, həmin uşaq üçün yardım istıyirəm.
Sizə əməliyyat xərcləri üçün vəsaiti və ya maddi köməyi təklif edənlər anonim qalmağı özləri təklif edirlər?
-Bu maddi yardım göstərərnin seçimindən asılıdır. Əksər hallarda yardım edən insanlar anonim qalmaq istəyir. Və mən də onların bu istəklərinə hörmətlə yanaşıram. Fikir vermisizsə, olunan yardımların heç biri bizim təşkilatın adına yazılmır. Bizə təşkilatımızın adını qaldırmaq, reklam etmək lazım deyil. Edilən hər bir əməl, görülən hər bir iş Allah yolunda edilir.
Müəyyən dövr ərzində sizin “facebook” səhifənizi izləyəndən sonra, fərqinə vardım ki, bu xeyirxah əməllərinizin gerçəkləşməsində dəstək verənləriniz hədsiz çoxdur. Deməli, sizə etibar edənlər də çoxdur. Bu etibarı qoruyub saxlamaq çətin deyil?
– Etibar edilməsəydi sağlam həyata bu qədər uşaq qayıtmazdı. Əsas olan faktdır! Fakt isə faktlığında qalır. Yardım edən hər bir kəsə şəffaf məlumat gedir.
İşinizdəki ən kiçik və ən böyük xeyriyyə vəsaiti yadınızdadırmı?
-Yardımın böyüyü , kiçiyi olmur. Hər zaman demişəm: dama-dama göl olar. Yardım olunan hər bir manat dəyərlidir. Çünki kimsə özünə qıymadığını xəstə uşağa yardım üçün ayırır.
Siz heç vaxt yardım etdiyiniz uşaqların valideynlərinin əlinə böyük vəsait vermirsiniz. Bu dürüstlüük naminədir?
-Bəli, heç bir valideynə əməliyyat üçün ayrılmış vəsait verilmir. Yardım mənə verilir. Mən isə öz növbəmdə xəstəxana xərclərini, əməliyyat xərclərini ödəyirəm. Elə sistəm qurmuşuq ki, xəstənin heç nəyə ehtiyacı olmur. Xaricə gedən xəstələrə müəyyən miqdarda cibxərcliyi də verilir.
Əməliyyat üçün lazım olan vəsaiti toplaya bilmədiyiniz anlar olurmu? Belə anlarda vəziyyətdən necə çıxırsınız?
-Bu günə kimi belə bir hal olmayıb. Pul tez və ya gec yığıla bilər. Mən də bunu uşağın öz ruzisinə bağlayıram. Məndən asılı olsa, bir nəfər də xəstə uşaq qalmaz.
Siz tək, yoxsa komanda halında işləyirsiniz…
– Mən tək kantrobasda J ( gülür ) İki nəfərik. Mən və Arzu Şərifova. Arzu xanım sənədlərlə işləyir. Xəstəyə aid lazımı sənədləri toplayır. Mən isə ailə ilə tanış oluram, xəstələrlə birlikdə əməliyyatlara gedirəm.
Yardım arealınız nə qədər genişdir?
– Minlərlə uşağı xilas etməyə qadir olduğum dərəcədə.
–Birinci mərhələ vəsaitin toplanmasıdır, bəs ölkəni və həkimi necə seçirsiniz? Əgər yanılmıramsa, siz xəstə uşaqlarla birgə səfər edirsiniz…
-Bu illər ərzində mən bu işda artıq professionallaşmışam. Həkimlərlə məsləhət edirəm. Sonra qərar veririk ki, hansı uşaq xaricdə əməliyyat olunmalıdır, hansı Bakıda.
– Müxtəlif ölkələrdə ürək əməliyyatı keçirmək neçəyə başa gəlir?
-Hər bir ölkənin öz qiyməti var. Bu rəqəm 15.000$-150.000$ arası dəyişir. Kiyevdə isə 8000$-9000$.
Azərbaycanda belə əməliyyatları xeyriyyə məqsədiylə edən xəstəxana varmı?
-Xeyr…
–Əməliyyat edilən uşaqlar arasında uğursuzluğa düçar olanlar varmı?
-Bu günə kimi 990 uşaq əməliyyat olunub. 3 ölüm halı baş verib… Ən maraqlısı odur ki, bəzən həkimlərin imtina etdikləri, əllərini üzdükləri xəstə uşaqlar mənim əlimlə şəfa tapıb. J Hiss edirəm ki, Allah məni bu yolda vasitəçi seçib. Buna görə də çox xoşbəxtəm.
–Nərgiz xanım, siz müntəzəm olaraq xeyriyyə aksiyaları keçirirsiniz… Əldə edilən vəsait təyinatı üzrə xərclnir, ya ehtiyat bankinda ehtiyacı olan xəstəni gözləyir?
-Artıq iki ildir ki , mütəmadi olaraq xeyriyyə aksiyaları, xeyriyyə səhər yeməkləri keçiririk. Hər bir aksiya əvvəlcədən müəyyən olunmuş qaydada hansısa bir xestə uşaq üçün məzərdə tutulur.
Yardım edib əl uzatdığınız insanlardan hansını daha çox xatırlayırsınız?
– Hər bir uşağı eyni məhəbbətlə sevirəm. Onların hamısı mənə əzizdir. Lakin Renatı, Şəfayəti və Nilufərlə bağlı xatirələrim başqadır.
Bu qədər ağır yükü sizin kimi zərif xanımın çiyinləri necə qaldırır?
-Allahım hər zaman mənə kömək edir. Ailəm, ətrafımdakı adamlar , dostlarım mənim güclü qadın olduğumu bilir. Və hər zaman təəccub edirlər ki, mən bu qədər ağır yükü necə daşıyıram.
Ən böyük arzunuz nədir?
-Heç bir ana övladı ilə sınağa çəkilməsin. Azərbaycanda Ürək Cərrahiyyəsi İnstitutu yaradılsın. Və ən əsası nənə olmaq! Hər zaman arzu etmişəm ki, 40 yaşında nəvəmin 1 yaşını qeyd edim. 20 ildir bu arzu ilə yaşayıram.
Bu qədər işin arasında ailənizə vaxt ayıra bilirsinizmi? Mütəmadi səfərlər ailədə söz-söhbət yaratmır?
-Baxmayaraq ki, mən işimlə bağlı tez-tez başqa ölkələrdə səfərdə oluram, hər zaman ailəm mənim nəzarətim altındadır. Bir dəqəqə də nəzrimdən qaçmırlar. Çox xoşbəxtəm ki, mənim 3 sağlam və gözəl övladım, məni anlayan, dəstəkləyən, və hərdən də mənimlə qürür duyan həyat yoldaşım var.
Gülnaz Qənbərli
Gununsesi.info