Nəcməddin Sadıkov NATO toplantısında iştirak edəcək

  • Müəllif: admin
  • 15 Yanvar 2018 12:30

Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Hərbi Komitəsinin “Qətiyyətli Dəstək” və “Stabilliyin layihələşdirilməsi” formatlarında təşkil ediləcək görüşlərdə iştirak etmək üçün Brüssel şəhərinə (Belçika Krallığı) yola düşüb. 

Müdafiə Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, tədbir yanvarın 16-da NATO-nun Mənzil-Qərargahında Baş Qərargah Rəisləri səviyyəsində keçiriləcək.

Gununsesi.info