Nəcməddin Sadıkovun “sağ əli” HƏBS OLUNDU

  • By admin
  • 28 May 2022 14:08

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi tədqiqatlar idarəsinin sabiq baş zabiti Zahid Niftəliyev həbs edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, Hərbi Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 32.4, 312.2 maddələri ilə cinayət işi başlanıb, lakin Zahid Niftəliyev istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib və ötən gün saxlanılmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluq Zahid Niftəliyevin qanunsuz əməllərindən zərərçəkmiş şəxslərə Hərbi Prokurorluğa müraciət etməyi tövsiyə edir (əlaqə nömrəsi (050) 2952323).

Qeyd edək ki, Bizim.media Nəcməddin Sadıqovun yaxın adamı, onun “sağ əli” hesab olunan Zahid Niftəliyevin (“Şlyapa” ləqəbli) mənimsəmə və dələduzluqda ittiham olunduğu bildirilir.

Z.Niftəliyevin iki kürəkəni az xidmət etmələrinə baxmayaraq, N.Sadıqov sayəsində evlə təmin olunublar.

Gununsesi.info