Nəqliyyatda yükdaşıma azalıb

  • Müəllif: admin
  • 24 Yanvar 2017 10:25
YUK
Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən il ərzində 222,2 milyon ton yük və 1929,6 milyon sərnişin daşınıb ki, bu da əvvəlki illə müqayisədə yük daşınması 0,1 % azalma,  sərnişin daşınmada isə 2 %  artım qeydə alınıb.
Gununsesi.info Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki,  yük daşınmasında müşahidə olunan gerilik dəmir yolu, dəniz və boru kəməri nəqliyyatı daşınmalarında azalmalarla bağlı olub: 
“Yüklərin 63,6 faizi avtomobil, 26,8 faizi boru kəməri, 6,9 faizi dəmir yolu, 2,6 faizi dəniz, 0,1 faizi isə hava nəqliyyatı ilə daşınıb. 

Sərnişinlərin 88,5 faizi avtomobil, 11,3 faizi metro, qalanları isə hava və dəniz nəqliyyatı vasitələri ilə daşınıb”.
Statistika Komitəsinin yaydığı məlumata görə, İnformasiya və rabitə müəssisələri tərəfindən hüquqi və fiziki şəxslərə göstərilən 1599,6 milyon manatlıq xidmətlərin 72,4 faizi əhali sektoruna aid olub. 2015-ci illə müqayisədə 2016-cı ildə informasiya və rabitə xidmətlərinin dəyəri 4,5 faiz artım olub. Bu sahədə əldə edilmiş gəlirin 80,5 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Gununsesi.info