Nardaran hadisələrinə görə iş məhkəməyə göndərildi

  • By admin
  • 03 İyul 2016 13:15

nardaran-atisma1

Nardaran hadisəsinə görə başlanmış cinayət işini məhkəməyə göndərilib. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq. Bu barədə iş üzrə vəkillərdən biri Cavad Cavadov feysbuk səhifəsində məlumat paylaşıb.

“Taleh Bağırov və daha 17 nəfərin barəsində (o cümlədən Nardaran hadisələrinə İlqar Məmmədoun İsmayıllı hadisələrinə aidiyyatı olduğu qədər aidiyyatı olan Fuad Qəhramanlı barəsində) cinayət işi üzrə ittiham aktı təsdiq edilərək, baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Yaxın vaxtlarda işin təyin edilməsi gözlənilir. Müdafiə tərəfi hesab edir ki, ibtidai istintaq elan edilmiş ittihamla bağlı ortaya sübut qoya bilməyib və bir çox qaranlıq məsələlərə aydınlıq gətirməkdən yayınıb. Bunlardan biri 26 noyabr 2015-ci il tarixdə Nardaranda həlak olan, ön qarın nahiyyəsindən küllə yarası almış polis işçilərindən birinin hadisə vaxtı nəyə görə zirehli gödəkçədə olmamasıdır, bu belə olsa idi həmin xəsarətin alınması mümkün deyildi. Hər halda rəsmi məlumatlarda Nardaran keçirilən əməliyyat xüsusi əməliyyət adlandırılmışdır”, – deyə vəkil yazıb.