Nardaranda silah-sursat tapıldı

  • Müəllif: admin
  • 11 Yanvar 2017 12:08

silah

Nardaran qəsəbəsi ərazisindəki qəbiristanlıqdan torpağa basdırılmış kisədə silah-sursat tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis bölməsinin və Daxili Qoşunlar Baş İdarəsi əməkdaşları tərəfindən Nardaran qəsəbəsi ərazisindəki qəbiristanlıqdan torpağa basdırılmış kisədə “AKMS” markalı silah, 1 ədəd patron darağı, lüləsi və qundağı kəsilmiş 2 ədəd “İJ-16” markalı tüfənglər, 1 ədəd “F-1” qumbarası və 274 ədəd müxtəlif çaplı patron tapılıb.

Anar
Gununsesi.info