Narın inanılmaz faydaları

  • By admin
  • 29 Sentyabr 2017 21:13

NarsuyuDetay
Gununsesi.info narın bilmədiyiniz faydalarını təqdim edir:

Narın tərkibində müxtəlif vitaminlər (C,P, B6,B12), minerallar, mikro elementlər var.
C vitamini immun sistemini möhkəmləndirir. P vitamini isə qan damarlarına müsbət təsir edir. B6 vitamini sinir sistemini möhkəmləndirir. B12 vitamini isə qan dövranını yaxşılaşdırır.

Bundan başqa narın tərkibində zülallar, tanin maddəsi və turşular var. Aşılayıcı maddələr vərəm, dizenteriya və bağırsaq çöplərinə qarşı yaxşıdır. Tanin maddəsi ishala qarşı əla vasitədir.

Bu meyvə qan damarlarının divarlarını, sinir sistemi və qan dövranını yaxşılaşdırır. Həkimlər yaşlı və əməliyyat keçirən insanlara bu meyvəni məsləhət görürlər.

Soyuqdəymə, qalxanvari vəzin və ürək-damar sistemi xəstəliklərinin müalicəsində də nar faydalıdır.

Eyni zamanda ateroskleroz, malyariya və qan azlığından əziyyət çəkənlərə də məsləhət görülür.

Hipertoniyadan əziyyət çəkənlər müntəzəm olaraq nar qəbul etsələr, arterial təzyiqi aşağı salmaq olar.

Nar vasitəsilə orqanizmə daxil olan təbii amin turşuları patoloji hüceyrələrlə mübarizə aparır və mənfi proseslərin qarşısını alır.

Müntəzəm olaraq nar qəbul etmək mədə xərçənginin qarşısını alır.

Bronxial asma və anemiyadan əziyyət çəkənlərə faydalıdır.

Narın dənələri və şirəsi orqanizmdən radioaktivləri ifraz etməyə yardımçıdır.

 

Gununsesi.info