Narkotik vasitələrin nümunələrinin ötürülməsi qaydası üzrə səlahiyyətli orqanlar müəyyənləşib

  • By admin
  • 05 Aprel 2017 19:21

imza

 

Azərbaycan prezidenti İlham Əliyev“Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının nümunələrinin ötürülməsi qaydası haqqında Saziş” üzrə səlahiyyətli orqanların müəyyən edilməsi barədə sərəncam imzalayıb.

APA-nın məlumatına görə, 2011-ci il oktyabrın 18-də Sankt-Peterburq şəhərində imzalanmış “Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının nümunələrinin ötürülməsi qaydası haqqında Saziş”in Azərbaycan tərəfindən həyata keçirilməsi üzrə səlahiyyətli orqanlar qismində Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti müəyyən edilib.

Azərbaycan Xarici İşlər Nazirliyinə sazişin Azərbaycan tərəfindən həyata keçirilməsi üzrə səlahiyyətli orqanların müəyyən edildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinə bildiriş göndərmək tapşırılıb.

 

Gununsesi.info