NASA metaldan kosmos qumaşı hazırlayıb - FOTO

  • By admin
  • 25 Aprel 2017 11:25

18110682_1831299940526915_855232970_n

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, NASA kosmosda apardığı tədqiqatlarda zərər görmədən istifadə edilməsi üçün metaldan parça hazırlayıb.

Az maliyyə tələb edən parça 3D texnikası ilə hazırlanıb. NASA parçanın fərqli şəkillərdə qatlanaraq müxtəlif məqsədlər üçün istifadə oluna biləcəyini açıqlayıb. Qatqı emalat texnikası ilə hazırlanan parçanın istehsalında ərimiş polimerdən istifadə olunub. Metal tozlar isə parçanı daha da möhkəmləndirir.

Onu da qeyd edək ki, NASA 2018-ci ildə Marsa kosmonavt göndərməyi planlaşdırır. Nəzərdə tutulan vaxtda metal parçanın ilk sınaqları da test ediləcək.

18136897_1831299937193582_345033745_n

Gununsesi.info