NASA texnologiyası elektrikli avtomobili 5 dəqiqəyə enerjiylə doldurub

  • By admin
  • 11 Oktyabr 2022 21:18

Dünyada elektriklə çalışan avtomobillərə marağın artması onların daha sürətli enerji toplanmasını aktuallaşdırır.

Gununsesi.info xəbər verir ki, NASA texnologiyası elektrikli avtomobili 5 dəqiqəyə şarj edib.

NASA mühəndisləri tərəfindən Beynəlxalq Kosmik Stansiyada istifadə üçün hazırlanmış eksperimental soyutma texnikası elektrik avtomobillərinin akkumulyatorlarını doldurmaq üçün lazım olan vaxtı kəskin şəkildə azaltmaq üçün uyğunlaşdırıldı.

“Bu texnologiya Yer kürəsində elektrik avtomobilinin olmasını asanlaşdıracaq və mümkün edə biləcək”, – NASA bloq yazısında bildirib.

Gununsesi.info