Natali Qule: “Fransa ermənilərdən mina xəritəsini istəməlidir”

  • By admin
  • 05 İyun 2021 09:29

“Fransa belə faciələri başqalarının yaşamaması üçün ermənilərdən minaların xəritəsini istəməlidir”.

Gununsesi.info xəbər verir ki, bunu tvitter hesabında Fransa Senatının üzvü Natali Qule yazıb.

“Kəlbəcərdə mina partlayışı nəticəsində həlak olmuş jurnalistlər Sirac Abışov və Məhərrəm İbrahimovun vəfatı ilə əlaqədar onların ailələrinə və Azərbaycanlı dostlarıma başsağlığı verirəm”, – senator qeyd edib.

Gununsesi.info