Natiq Əliyevlə bağlı yeni xəbər var - NAZİRİN VƏZİYYƏTİ STABİLLƏŞİB

  • Müəllif: admin
  • 06 İyun 2017 11:26

natiq_eliyev_esas_9

Ürəyində yaranmış problemlə bağlı Türkiyədə müalicə olunan Azərbaycanın energetika naziri Natiq Əliyevin vəziyyəti sabitdir. 

Gununsesi.info xəbər verir ki, həkimlərin səyi nəticəsində nazirin vəziyyəti stabilləşib, müalicəsi davam etdirilir.

Qeyd edək ki, ötən həftənin sonu ürəyində problem yaranan nazir Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Daha sonra isə müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılıb.

Gununsesi.info