Natiq Əliyevlə vida mərasimi sabah keçiriləcək

  • Müəllif: admin
  • 09 İyun 2017 13:32

natiq_eliyev_esas_9

İstanbulda dünyasını dəyişən energetika naziri Natiq Əliyevin nəşi bu gün Azərbaycana gətiriləcək.

Gununsesi.info xəbər verir ki, bu barədə modern.az-a Energetika Nazirliyinin mətbuat katibi Zəminə Əliyeva məlumat verib.

O qeyd edib ki, vida mərasimi sabah saat 12:00-da Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzində keçiriləcək.

Qeyd edək ki, bu gün energetika naziri Natiq Əliyev İstanbulda müalicə aldığı “Florence Nightingale” xəstəxanasında dünyasını dəyişib.

Ürəyində problem yaranan nazir ötən həftə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmişdi. Daha sonra müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılmışdı.

Gununsesi.info