NATO bizi başa düşməyə məcburdur - NAZİR

  • By admin
  • 21 Aprel 2017 14:12

fikri-isik-640x360_637
Aprelin 21-də Türkiyənin müdafiə naziri Fikri İşıq Rusiyadan yeni nəsil S-400 “Triumf” zenit-raket sistemlərinin satın alınması ilə bağlı mətbuat konfransı keçirərək jurnalistlərin suallarını cavablandırıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, artıq S-400 zenit-raket sistemlərinin satın alınması ilə bağlı danışıqlar başa çatıb.

Belə ki, F. İşıq bu istiqamətdə əhəmiyyətli addımların atıldığını deyib: “Ancaq bu məsələdə həm Rusiya, həm də Türkiyə tərəfindən icrası vacib olan bəzi işlər var” -, deyə nazir bildirib.

Türkiyənin Rusiyadan müdafiə sistemi almasına NATO tərəfindən necə qarşılayacağı sualını cavablandıran F. İşıq bildirib ki, Türkiyənin hava hücumundan müdafiə sisteminə ehtiyacı vardı, ancaq NATO ölkələri bu sahədə Türkiyəyə səmərəli bir təklif vermədi: “Hava hücumundan müdafiə sistemi ilə bağlı texnologiyanı bizə verməyəcəklərsə, o zaman NATO bu məsələdə bizi başa düşmək məcburiyyətindədir”.

S-400 zenit-raket sistemlərinin NATO müdafiə sisteminə inteqrasiya edə bilməməsinin fərqində olduğunu bildirən F. İşıq bu məsələ ilə bağlı NATO-da hər hansı bir tələbin irəli sürülmədiyini də söyləyib.

Anar
Gununsesi.info