NATO generalların Bakı görüşü barədə məlumat yayıb

  • By admin
  • 19 Aprel 2018 18:19

NATO Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin baş komandanı Kertis Skaparottinin Bakıda keçirilən görüşü barədə məlumat yayıb.

Gununsesi.info xəbər verir ki, məlumatda generalların proqnozlaşdırmanı və şəffaflığı artırmağa yönəlmiş hərbi rabitə kanallarının dəstəklənməsinə qarşılıqlı maraq nümayiş etdirdiyi bildirilir: “Danışıqlar mövcud vəziyyət və təlimlərlə bağlı məsələlərə həsr olunub. Bu üzbəüz görüş hərbi rabitə xətlərinin dəstəklənməsinə qarşılıqlı marağın olduğunu nümayiş etdirir, bu da NATO-nun dialoq və şəffaflıq siyasətinə uyğundur. Skaparroti və Gerasimov Bakıda keçirilən görüşdə gələcəkdə də hərbi xətlə əlaqələrdən istifadənin davam etdirilməsi barədə razılığa gəliblər”, – deyə Şimali Atlantik alyansın mətbuat xidmətinin məlumatında qeyd olunub.

Gununsesi.info