NATO Rusiyaya qarşı irimiqyaslı hərbi əməliyyata başladı - TƏCİLİ

  • By admin
  • 13 İyun 2016 17:27

Telim

 

Estoniyada ABŞ-ın Avropadakı quru qoşunları komandanlığı altında keçirilən irimiqyaslı beynəlxalq hərbi təlim start götürüb.

Gununsesi.info xəbər verir ki, ki, bu barədə ABŞ ordusu Baş Qərargahından məlumat verilib. “Saber Strike-2016” adını alan təlimdə 13 ölkədən 10 min hərbi qulluqçu iştirak edəcək. Estoniya, Danimarka, Britaniya, ABŞ, Latviya, Litva, Polşa, Lüksemburq, Norveç, Fransa, Sloveniya, Finlandiya və Almaniya hərbi qüvvələri Rusiyaya güc nümayiş etdirəcək.

Təlimdə iştirak edən əcnəbi hərbçilər üç Pribaltika ölkəsi arasında bölüşdürülüb. Sadəcə ABŞ-dan Estoniyaya 1500 hərbçi gəlib. Latviya və Litva Estoniyaya bir bölük, Finlandiya motoatıcı taqım yollayıb.

Bu il Estoniya NATO təlimlərinin keçiriləcəyi əsas ölkədir. Təlimlər bir neçə mərhələdən ibarətdir. Taktik mərhələlər Tallin yaxınlığındakı Emari aviabazasında və Tapa poliqonunda, həmçinin Litva və Latviyadakı poliqonlarda keçiriləcək. Hərbi təlimlər 21 iyunda başa çatacaq.  (Avropa.info)