“Polşa ilə oyun həlledici olacaq” - Yoahim Löv

  • By admin
  • 13 İyun 2016 17:25

yoahim lov

 

Almaniya millisi AVRO-2016-ya qələbə ilə başlayıb.

Gununsesi.info xəbər verir ki, Bundestimin Ukraynanı məğlub etdiyi görüşdən sonra baş məşqçi Yoahim Löv bunları deyib:

“Oyun intensiv alındı, sürətli tempdə keçdi. ilk hissədə hücuma keçməklə bağlı bəzi problemlərimiz, top itkiləri oldu. Rəqibə əks-hücuma çıxmaq imkanı verirdik. Fasilədən sonra üstünlük bizim tərəfdə oldu. Ukraynanın güclü müdafiəsinə qarşı oynamaq asan deyildi. Bunun öhdəsindən gəldik. Rəqib standart vəziyyətlərdə çox təhlükəli idi. Bir neçə həftə buraxan Şvaynştaygerin meydana uğurlu dönüşü məni sevindirdi. Polşa ilə oyun həlledici olacaq. Hər iki komanda ilk görüşünü qələbə ilə başa vurub. Noyer dünyanın ən yaxşı qapıçısıdır. Kapitanlıq sarğısının kimdə olması mənim üçün böyük əhəmiyyət daşımır. Komandada liderlər çoxdur. Noyer də onlardan biridir”.