NATO Türkiyədən növbəti dəfə üzr istədi

  • By admin
  • 19 Noyabr 2017 17:40

Gununsesi.info xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana Norveçdə keçirilən təlimlər zamanı baş verən hadisəyə görə növbəti dəfə üzr istəmək üçün zəng edib.

Qeyd edək ki, Norveçdə NATO-nun hərbi təlimləri zamanı “düşmənlər”in fotolarının olduğu stend quraşdırılıb və həmin hədəf stendində Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın şəkilləri əks olunub.

Gununsesi.info