NATO Ukraynaya antidron sistemləri verəcək

  • By admin
  • 19 Oktyabr 2022 08:33

ABŞ Dövlət Departamenti bildirib ki, Vaşinqton London və Parisin İranın BMT-nin 2231 nömrəli qətnaməsini pozması ilə bağlı qənaətini bölüşür.

NATO qarşıdan gələn günlərdə Ukraynaya hava hücumundan müdafiə sistemləri çatdıracaq.

Reuters agentliyi NATO-nun baş katibi Yens Stoltenberqə istinadən yazır ki, alyans bu dəstəyi Ukraynanın öz infrastrukturunu Rusiyanın raket və İran istehsalı dronlarından qoruya bilməsi üçün verəcək.

Ukrayna bildirib ki, Rusiyanın İran istehsalı olduğu deyilən dronlarla hücumları nəticəsində ölkənin elektrik stansiyalarının 30 faizi sıradan çıxıb.

Rusiya qoşunları Ukrayna cəbhələrində intensiv uğursuzluqlardan sonra yenidən hədəfləri uzaqdan vurmaq taktikasına keçib.

Rusiyaya cavab

Berlində keçirilən təhlükəsizlik konfransında Stoltenberq deyib ki, Rusiyanın hücumlarına cavab Ukraynanın hava hücumundan müdafiə sistemləri ilə təchiz edilməsidir:

“NATO qarşıdan gələn günlərdə İran dronları da daxil spesifik dron hücumlarını dəf edə bilməsi üçün Ukraynaya antidron sistemləri çatdıracaq”.

Gununsesi.info