“NATO yalnız öz müttəfiqlərinə təhlükəsizlik zəmanəti verir” - STOLTENBERQ

  • By admin
  • 24 Fevral 2022 17:10

“NATO-nun Daimi Nümayəndələri müttəfiqlərini qorumaq üçün alyans ölkələrində öz qüvvələrini yerləşdirmək üçün müdafiə planını həyata keçirmək qərarına gəliblər”.

Gununsesi.info xəbər verir ki, bu açıqlama ilə NATO-nun baş katibi Yens Stoltenberq çıxış edib.

“Biz hazırkı vəziyyəti müzakirə etdik, hərbi müşavirlərin tövsiyələrini dinlədikdən sonra böhran zamanı alyans ölkələrində reaksiya qüvvələrinin yerləşdirilməsini nəzərdə tutan müdafiə planımızdan istifadə etmək barədə razılığa gəldik”, – deyə NATO-nun baş katibi vurğulayıb.

Baş katib əlavə edib ki, görüşdə Türkiyənin Bosfor və Çanaqqala boğazlarını Rusiya gəmiləri üçün bağlamaq məsələsi müzakirə edilməyib.

Y.Stoltenberqin sözlərinə görə, Ukraynada NATO qüvvələri yoxdur.

“Ukrayna ərazisində NATO qüvvələri yoxdur və onları ora göndərmək planımız da yoxdur. Biz Ukraynanı dəstəkləyirik, lakin biz yalnız NATO müttəfiqlərinə təhlükəsizlik zəmanəti veririk”, – NATO-nun baş katibi vurğulayıb.

 

 

Gununsesi.info