Naxçıvandan Bakıya siqaret gətirmək istəyi reallaşmadı

  • By admin
  • 30 Avqust 2016 14:25

siqaret

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, Naxçıvan-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikasının vətəndaşı saxlanılaraq onun əl yükünə baxış keçirilib.

Gununsesi.info xəbər verir ki,malların yoxlanılması zamanı vətəndaşa məxsus dörd ədəd sellofan paketdən Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 10.000 ədəd “Kent Nanotek” və 4000 ədəd “Marlboro Edge” markalı siqaretlər aşkar olunub.

Hazırda faktla bağlı araşdırma aparılır.

Anar

Gununsesi.info