Nazarbayevin qızı iğtişaşlardan danışdı: "Amansız olan bu dərs tariximizdə sonuncu olsun"

  • By admin
  • 13 Yanvar 2022 12:18

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin kiçik qızı Aliyə Nazarbayeva ilk dəfə ölkədəki iğtişaşlara münasibət bildirib.

Gununsesi.info xəbər verir ki, Nazarbayeva müraciətində ölkədə baş verənləri “faciə” hadisələr adlandırıb, həmçinin bütün həlak olanların ailələrinə başsağlığı verib.

“Hamımız üçün bu amansız olan bu dərs tariximizdə sonuncu olsun. İnsanların dinclik dövründə ölməsi doğru deyil”, – o vurğulayıb.

Bundan əlavə, keçmiş prezidentin qızı atasına dəstək olan Qazaxıstan vətəndaşlarına təşəkkür edib. Onun sözlərinə görə, Nursultan Nazarbayev hər gün ölkənin müxtəlif bölgələrinin sakinlərindən çoxlu dəstək mesajlar alır.

Aliyə Nazarbayeva Qazaxıstana sülh və firavanlıq, rifah və cansağlığı arzulayıb.

Gununsesi.info