Nazir 36 nəfərin öldüyü qəzaya görə istefa verdi

  • By admin
  • 01 Mart 2023 19:40

Yunanıstanın mərkəzində 36 nəfərin ölümü ilə nəticələnən qatar qəzasından sonra ölkənin nəqliyyat naziri Kostas Karamanlis istefa verib.

Gununsesi.info xəbər verir ki, bu barədə o özü məlumat yayıb.

“Mən bunu insanların xatirəsinə hörmətin minimal bir əlaməti kimi etməyi, dövlətin və siyasi sistemin uzun müddətdir davam edən səhvlərinə görə məsuliyyəti öz üzərimə götürməyi öz borcum hesab edirəm”, – nazir deyib.

Qeyd edək ki, qəza nəticəsində 36 nəfər həlak olub, 85 nəfər yaralanıb.

Gununsesi.info