Şavkat Mirziyoyev Azərbaycana gəldi - FOTO

  • By admin
  • 01 Mart 2023 19:37

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu gün Azərbaycana səfərə gəlib.

Gununsesi.info xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

Gununsesi.info