Nazir Cocuq Mərcanlıda məktəbə baş çəkdi - FOTO

  • By admin
  • 16 Oktyabr 2017 17:42

mika

Bu gün Təhsil naziri Mikayıl Cabbarov Cəbrayıl rayonunun işğaldan azad olunan Cocuq Mərcanlı kəndinə səfər edib.

Gununsesi.info xəbər verir ki, təhsil naziri Mikayıl Cabbarov, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov nazir Füzuli rayonunun Horadiz şəhərində 2016-cı ilin aprel döyüşlərində şəhid olanların xatirəsinə ucaldılan abidə kompleksini ziyarət edib, Vətən uğrunda şəhid  olanların xatirəsini hörmətlə anıblar.

Daha sonra Cocuq Mərcanlı kəndinə gedən nazir burda inşa olunan şəhid Novruz Aslanov adına kənd tam orta məktəbində olub. Məktəbdə yaradılan şərait, tədrisin gedişi ilə maraqlanan nazir M. Cabbarov sinif otağına elektron lövhə hədiyyə edib.

Gununsesi.info