Nazir: “İxrac olunan məhsul çeşidləri 12 faiz artıb”

  • Müəllif: admin
  • 19 Oktyabr 2016 19:01

shahin-nazir

2016-cı ilin 9 ayında xarici iqtisadi fəaliyyət iştirakçılarının sayı 2 dəfə, tərəfdaş ölkələr 18 faiz, ixrac olunan məhsul çeşidləri isə 12 faiz artıb.

Gununsesi.info xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev oktyabrın 19-da Bakıda “Qeyri-neft ixracı: Bu günün çağırışları və yeni imkanlar” mövzusunda keçirilən konfransda deyib.

Nazir qeyd edib ki, qeyri-neft ixracının 54 faizi MDB üzvü olan dövlətlərin və Gürcüstanın, 36 faizi Türkiyə, İsveçrə, İran, Çin, Almaniya, İtaliya, 11 faizi isə digər ölkələrin payına düşür.

Gununsesi.info