Nazir özünə yeni müşavir TƏYİN ETDİ

  • By admin
  • 02 Fevral 2022 12:25

Fuad İsmayılov rəqəmsal inkişaf və nəqliyyat nazirinin yeni müşaviri təyin olunub.

Bu barədə Gununsesi.info-ya Nazirlikdən bildiriblər.

Qeyd olunur ki, F.İsmayılov bundan əvvəl sığorta şirkətlərindən birində sədr müavini vəzifəsində işləyib.

Hazırda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində nazir Rəşad Nəbiyevin altı müşaviri var: Aidə Bədəlova, Rəşad Bayramov, Rəşad Həsənov, Fərid Əhmədov, Rahid Ələkbərli və Fuad İsmayılov.

Gununsesi.info