Nazir və icra başçısı yanğın baş verən əraziyə getdi

  • By admin
  • 05 Avqust 2021 19:19

Ağsu rayonunun Gəgəli kəndi yaxınlığında başlayan yanğın hələ də davam edir. Ərazidə əsasən xırda ağaclar, kol-kos və quru otlar yanır.

 

Gununsesi.info xəbər verir ki, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov yanğın baş verən əraziyə gələrək, yanğınsöndürmə işləri ilə tanış olublar.

 

Qeyd edək ki, mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası, Mülkü Müdafiə Qoşunlarının əsgərləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları, eləcə də kənd əhalisi səfərbər olunub. Həmçinin, Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri yanğınsöndürmə işlərinə dəstək olur.