Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə 12 iyul saat 12:00-da Gəncə şəhərində Gəncə və Goranboy sakinlərini, nazirin birinci müavini Əli Abdullayev həmin tarixdə saat 12:00-da Göygöldə rayon sakinlərini qəbul edəcək.
Gununsesi.org xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi nəqliyyat, telekommunikasiya (o cümlədən internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları dinləyəcək.
Vətəndaşlar “mincom@mincom.gov.az” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazıla bilərlər.
Bunun üçün vətəndaşlardan Gəncə şəhərində (022) 2671059, Goranboy rayonunda (022) 2452106, Göygöl rayonunda (022) 2055013 nömrəli telefona zəng etmələri xahiş olunur.
Gununsesi.org












