Nazirlər Kabinetindən vətəndaşlar üçün daha bir qadağa – YENİ QƏRAR

  • By admin
  • 26 Dekabr 2020 12:59

Azərbaycanın Baş naziri “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında qərarda dəyişiklik edib.

Gununsesi.org xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə yaranmış sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq qəbul etdiyi qərara əsasən 2021-ci il:

– 2 yanvar saat 00:00-dan 4 yanvar saat 06:00-dək;

– 9 yanvar saat 00:00-dan 11 yanvar saat 06:00-dək;

– 16 yanvar saat 00:00-dan 18 yanvar saat 06:00-dək;

– 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək;

– 30 yanvar saat 00:00-dan 31 yanvar saat 06:00-dək

bütün ölkə üzrə ictimai nəqliyyatın hərəkəti dayandırılır.

Qeyd edək ki, qərar dekabrın 28-dən qüvvəyə minir.

Gununsesi.org