Nazirlik çoban müğənniyə verdiyi vədi dandı - "KİMİN SÖZ VERMƏSİ BİZƏ MƏLUM DEYİL"

  • By admin
  • 09 Oktyabr 2017 17:36
59db772c9dbee_maxresdefault
“Mədəniyyət və Turizm Nazirliyi Pərvin Səfərovun təhsilinə yardım edəcəyi barədə söz verməyib”.
Gununsesi.info xəbər verir ki, bunu “Report”a açıqlamasında nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov deyib.
O qeyd edib ki, Mədəniyyət və Turizm Nazirliyinin sturukturunda təhsil ilə məşğul olacaq bir müəssəsə yoxdur: “Onun ilk videosunun yayıldığı vaxtlarda dərhal nazirliyin regional idarəsinə göstəriş verilib və əməkdaşlarımız Pərvin Səfərovun evinə baş çəkiblər. Görüş zamanı onun ali təhsilinin olmadığını nəzərə alaraq, yaşadığı rayonun mədəniyyət evində iş təklifi olunub. Təhsil məsələsinə gəldikdə isə Pərvin Səfərova təhsil verilməsi ilə bağlı nazirlikdən kimin söz verməsi bizə məlum deyil”.
Qeyd edək ki, məsələ ilə bağlı Milli Konservatoriyanın rektoru, professor Siyavuş Kərimi unikal.org-a  açıqlamsında bildirmişdi ki, hazırda Azərbaycanda deyil: “Bu dəqiqə xaricdəyəm. Pərvin Səfərovla maraqlanmışam. Bir həftəyə Azərbaycanda olacağam. Qayıdandan həmin gənclə görüşüb söhbət edəcəyik və bundan sonra onun təhsili ilə bağlı qərar veriləcək”.

Nəzərinizə çatdıraq ki, Neftçala rayonundan ola çoban-müğənni Pərvin Səfərov “O səs Türkiyə” yarışmasındakı çıxışı ilə yenidən gündəmə gəlib. P.Səfərov mətbuata müsahibəsində bildirib ki, Mədəniyyət və Turizm Nazirliyindən onun təhsilinə dəstək olacaqları barədə söz verilsə də buna əməl olunmayıb.
Gununsesi.info