Nazirlik iki telejurnalistə vəzifə verdi

  • Müəllif: admin
  • 06 Fevral 2019 17:52

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) yeni təyinatlar olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov Gununsesi.org-a bildirib ki, bu məqsədlə onların sırasında mediada tanınmış daha iki nəfər də qoşulub:

“Belə ki, nazirliyin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə (DOST) mətbuat katibi vəzifəsinə bundan öncə AzTV, Lider TV, ARB TV və ATV-də müxtəlif vəzifələrdə çalışmış, bır sıra telelayihələrin rəhbəri və aparıcısı kimi fəaliyyət göstərmiş Şahin Əliyev təyinat alıb.

ATV-nin “Xəbər” proqramının aparıcısı Əsmər Nəcməddinqızı isə nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi vəzifəsinə isə təyin edilib”.