Nazirlik işçi axtarır

  • By admin
  • 23 Noyabr 2016 11:22
isci-570x384
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti regional şöbələrində  vakant yerlərə işçi toplayır.
Bu barədə Gununsesi.info-ya Dövlət Fitosanitar Nəzarəti Xidmətindən verilib.
Məlumatda bildirlir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti Abşeron, Bərdə, Göygöl, Lənkəran, Quba, Sabirabad, Salyan, Şamaxı, Şəki, Tovuz və Ucar regional aqrokimya laboratoriyalarının torpaq, su və aqrokimyəvi maddələrin analizi, Bitki və bitkiçilik məhsullarının analizi, Bitkilərin ekspertizası şöbələrində vakant olan şöbə rəisi, baş aqrokimyaçı, baş entomoloq, baş fitopatoloq, aparıcı aqrokimyaçı, böyük aqrotexnik vəzifələrinin və rayonlar üzrə mütəxəssis qruplarında vakant olan baş aqrokimyaçı vəzifələrinin tutulması üçün müsahibə elan edir.
Regional aqrokimya laboratoriyalarında mövcud vakant vəzifələrin tutulması üçün iddiaçılardan aşağıdakı şərtlər tələb olunur: -müvafiq sahə üzrə ali ixtisas təhsili (aqrokimya, torpaqşünaslıq, kimya, biologiya, bitki mühafizəsi, aqronomluq);  kompüter və dil biliklərinin olması; torpağın xüsusiyyəti, analiz üçün torpaq nümunələrinin götürülməsi, torpağın kimyəvi analizinin aparılması barədə məlumatının və təcrübəsinin olması; torpaqda olan kimyəvi maddələrin strukturunu bilmək, analizlərin nəticələrini təhlil etməyi bacarmaq və tövsiyələr hazırlamaq; məhsulların tərkibində olan nitrit və nitratların miqdarını və pestisidlərin qalıq səviyyəsini müəyyən etməyi bacarmaq; zərərverici və xəstəliklərin inkişaf fenologiyası, entomofaqları, avadanlıq və cihazlardan istifadə qaydaları və texnologiyasını, onların iş prinsipini bilməlidir.
Regional aqrokimya laboratoriyalarında vakant yerlərin tutulaması məqsədi ilə müsahibədə iştirak etmək istəyən şəxslər Dövlət Fitosanitar Nəzarəti Xidmətinə müraciət edə bilərlər.
Gununsesi.info