Nazirliyin iddiası təmin olundu

  • By admin
  • 09 İyul 2016 10:50

sehiye

 

Səhiyyə Nazirliyinin Bakı şəhər Xəzər rayon İcra Hakimiyyətinə qarşı iddiası üzrə 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsində məhkəmə prosesi başa çatıb. Gununsesi.info-nun məlumatına görə, məhkəmə iddianı təmin edib.

Xatırladaq ki, Səhiyyə nazirliyi Xəzər rayon İcra Hakimiyyətinin Vüqar Zeynalovun adına verdiyi sərəncamın etibarsız hesab edilməsi haqqında iddia qaldırıb. Məhkəmədə üçüncü tərəf kimi Əmlak Məsələləri üzrə Dövlət Komitəsi və Vüqar Zeynalov iştirak ediblər. 2 saylı Bakı İnzibati İqtisad məhkəməsi nazirliyin iddiasını təmin edib.

Gülnaz Qənbərli