Neft Fondu 1,3 mlrd. dollar satıb

  • By admin
  • 05 Aprel 2018 10:17
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) mart ayı ərzində valyuta hərraclarında satdığı vəsaitin həcmini açıqlayıb.
ARDNF-nin İctimaiyyətlə əlaqələr departamentindən Gununsesi.info-ya-a verilən məlumata görə, ötən ay ərzində 647 mln. ABŞ dolları məbləğində vəsait satılıb.
Qeyd edək ki, bu ilin I rübündə Fond tərəfindən valyuta hərraclarında 1 mlrd. 310,2 mln. dollar məbləğində vəsait satılıb.
Gununsesi.info