Neft Fondu Beynəlxalq Bankdakı 1 milryadlıq depozitinin müddətini uzada bilər

  • By admin
  • 12 Oktyabr 2016 18:47

shahmar-1

Dövlət Neft Fondu Azərbaycan  Beynəlxalq Banka yerləşdirdiyi 1 milyard dollar depozitinin müddətini uzada bilər.

Gununsesi.info-nun məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Ş.Mövsümov Azərbaycan Beynəlxalq Bankına depozitin yerləşdirilməsini şərh edərkən qeyd edib ki,  Fondun qaydalarına uyğun olaraq aktivlərinin  5 faizini  yerli banklarda yerləşdirmə imkanı var: “Hazırda 35.8 milyard dollar aktivimiz var. 5 faiz 1.6 milyard dollar edir.  Biz hazırda Beynəlxalq Banka 1 milyard dollar yerləşdirmişik.  Daha yarım milyard yerləşdirmək imkanımız da var.  Hal-hazırda isə belə bir plan yoxdur”.

Ş. Mövsümov bildirib ki, Fondun başqa banka depozit yerləşdirmək nəzərdə tutulmur.

Qeyd edək ki, vəsait 1 il müddətinə, 4%-lik gəlirliliklə yerləşdirilib. İcraçı direktor qeyd etdi ki, müddət bitdikdən sonra Beynəlxalq Bankla danşıqlar aparıb, vaxtı uzadıla bilər.

Ş.Mövsümov depozitin ABB kimi aşağı reytinqli maliyyə təşkilatında yerləşdirilməsinə də aydınlıq gətirdi: “Vəsaitilərinin Yerləşdiriliməsi, Saxlanılması və İdarə Edilməsi Qaydalarına görə, reytinq Fondun xaricdəki investisiyalarına aiddir, daxili bazarda isə yüksək nüfuza malik banklarda yerləşdirilməsindən söhbət gedə bilər. Bu Qaydalar yazılanda Azərbaycanın investisiya reytinqi yox idi. Bu baxımdan Beynəlxalq Bank Azərbaycanın ən əhəmiyyətli banklarından biridir”.

Vüsalə Rüstəmova

Gununsesi.info