Qanvermə aksiyası başa çatıb

  • By admin
  • 12 Oktyabr 2016 18:43

qanverme
Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə bu il də Aşura günündə ölkəmizdə qanvermə aksiyalarının nəticələri məlum olub.

Gununsesi.info Mərkəzi Qan Bankına istinadən xəbər veri ki, İmam Hüseynin şəhadəti günündə paytaxtda və bölgələrdə ümumilikdə 4141 nəfər qan verib. Tədarük olunan qanların ümumi miqdarı 1863.8 litr təşkil edir.

Aşura günündə qanvermə aksiyaları aşağıda adı göstərilən yerlərdə təşkil olunub:

Bakı şəhəri üzrə

Xəzər rayonu, Mirmövsüm ağa ziyarətgahı məscidi – 448 nəfər
Yasamal rayonu, Təzə Pir məscidi – 454 nəfər
Səbail rayonu, Bibi Heybət məscidi – 235 nəfər
Səbail rayonu, İçərişəhər, Cümə məscidi – 141 nəfər
Suraxanı rayonu, Qaraçuxur qəsəbə məscidi – 320 nəfər
Yasamal rayonu, Hacı Soltanəli məscidi – 214 nəfər
Nizami rayonu, Keşlə qəsəbə məscidi – 334 nəfər
Nəsimi rayonu, Əjdərbəy məscidi – 259 nəfər
Sabunçu rayonu, Nardaran məscidi – 53 nəfər
Mərkəzi Qan Bankı – 331 nəfər

Bölgələr üzrə

Sumqayıt şəhər Cümə məscidi – 219 nəfər
Mingəçevir şəhəri, Heydər məscidi – 227 nəfər
Şəki şəhəri, Cümə məscidi 58 nəfər
Gəncə şəhəri, İmamzadə ziyarətgah məscidi – 310 nəfər
Bərdə şəhəri, Cümə məscidi – 217 nəfər
Lənkəran şəhəri, Böyükbazar məscidi – 180 nəfər
Mərkəzi Qan Bankının Şirvan bölməsi – 110 nəfər

Mərkəzi Qan Bankının Quba bölməsi – 32 nəfər

 

Tədarük olunan qanlar komponentlərə ayrılaraq Mərkəzi Qan Bankının bazasına yerləşdiriləcək. İrsi qan xəstəliklərindən əziyyət çəkən insanlara, cərrahi əməliyyat, o cümlədən müxtəlif qəzalar zamanı qan itirmiş vətəndaşlara veriləcək.

Gülnaz Qənbərli

Gununsesi.info