Neft Fondunun aktivləri 6.7 faiz artıb

  • By admin
  • 12 Oktyabr 2016 17:46

neft-fondu-1

2016-ci ilin 9 ayının nəticələrinə görə, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirlər 6 milyard 618 milyon manat, xərcləri isə 3 milyard  823 milyon manat təşkil edib.

Gununsesi.info xəbər verir ki, bu haqda  ARDNF-in rəhbəri Şahmar Mövsümov keçirdiyi mətbuat konfransında məlumat verib.

Ş.Mövsümovun sözlərinə görə, 2016-cı il oktyabrın 1-nə Fondun aktivləri ilin əvvəlinə nisbətən 6.7 faiz artaraq 35 milyard 822 milyon  dollar təşkil edib. Həmin vəsaitin 33.9 milyard dollar investisiya portfelinin, 1.8 milyard dolları isə manatın payına düşür.

Vüsalə Rüstəmova

Gununsesi.info