Neft Fondunun “Azəri-Çıraqlı-Günəşli”dən əldə etdiyi gəlirləri 28 % azalıb

  • Müəllif: admin
  • 12 Dekabr 2016 14:36

 

saban

2016-cı ilin yanvar-noyabr aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən mənfəət neftinin satışından 4 mlrd. 577 mln. dollar gəlir əldə edib.

Bu barədə Gununsesi.info-ya  Neft Araşdırmaları Mərkəzinin rəhbəri  İlham  Şaban  məlumat  verib.

Onun sözlərinə görə, noyabr ayında“Azəri-Çıraq-Günəşli”blokundan Neft Fonduna gələn mənfəət neftinin miqdarı 556 mln. dollar təşkil edib.

“11 ayda Neft Fondunun “Azəri-Çıraq-Günəşli” yatağından əldə etdiyi gəlirlər ötənilin yanvar-noyabr ayları ilə müqayisədə təqribən 1,85 mlrd. dollar və ya 28% azalıb”-deyə İ.Şaban vurğulayır.

Mərkəz rəhbəri qeyd edir ki, ümumilikdə 2001-ciildən 2016-cı ildekabrın 1-nə qədər ARDNF-ə AÇG blokundan hasil edilmiş mənfəət neftinin satışından 121 mlrd. 586 mln. dollar  vəsait daxil olub.

Xatırladaq ki, 2015-ci ildə ARDNF-in “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən mənfəət neftinin satışından əldə etdiyi gəlirlər $6 mlrd. 858 mln. təşkil edib.

Vüsalə Rüstəmova

Gununsesi.info