Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb və 14 banka satılıb. Gununsesi.info-nun xəbərinə görə bu haqda ARDNF məlumat yayıb.
Qeyd edək ki, ilin əvvəlindən indiyədək Dövlət Neft Fondu təqribən 1 milyad 500 milyon ABŞ dolları həcmində vəsaiti hərracda çıxararaq satıb. Onun 162 milyon ABŞ dolları Azərbaycan Respublikası Mərkəzi Bank tərəfində alınıb. Qalan vəsait isə ölkənin kommersiya banklarına satılıb.
İlin əvvəlində banklar tərəfində dollara tələbat yüksək olsa da, mart ayından sonra Neft Fondunun hərraclara çıxardığı xarici valyuta alışı zəiflədi. Təbii ki, bunun da başlıca səbəbi dövriyyədə manat qıtlığının olması idi. Belə ki, kommersiya bankları əllərində olan az həcmdəki milli valyutanı qoruyub saxlamağa çalışdı. Neft Fondunun isə büdcəsinin icrasında (dövlət büdcəsinə transfert, müxtəlif sosial layihələr) manata olan təlabatının ödənməsi üçün Azərbaycan Mərkəzi Bankı tərəfindən dollar alışı həyata keçirildi. Hazırda bu proses davam edir.
Vusal
Gununsesi.info