Neft həm fayda, həm də başağrısı verə bilər - İLHAM ƏLİYEV

  • By admin
  • 10 İyul 2017 17:44

 

149968016535282142_1000x669

“Adətən neftlə zəngin olmayan ölkələrdə düşünürlər ki, kaş ki, bizdə də neft olaydı, biz də bundan istifadə edəydik. Ancaq neft həm fayda, həm də problem gətirə bilər, başağrısı verə bilər”.

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən XXII Dünya Neft Konqresindəki çıxışında deyib.

“Baxır bu neftdən necə istifadə edirsən. Biz həmişə çalışırıq ki, neftdən gələn gəlirləri insan kapitalına çevirək, bu pullardan şəffaf istifadə edək. Azərbaycanın Neft Fondu dünyadakı neft fondları arasında ən şəffaflardan biridir və BMT-nin mükafatına layiq görülüb. Yəni, birinci şərt tam şəffaflıqdır. Neft Fonduna yığılan vəsaitlər barədə ictimaiyyətə ətraflı məlumat verilir”, – dövlət başçısı əlavə edib.

Gununsesi.info