
Dünya birjalarında neft ucuzlaşıb.
Gununsesi.info xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,16 dollar və ya 0,24% azalaraq 65,35 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,20 dollar və ya 0,28% azalaraq 70,22 dollar təşkil edib.
Gununsesi.info












