Neftimiz 54 dollara yaxınlaşır

  • Müəllif: admin
  • 23 Avqust 2017 07:50

neft

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 0,24 dollar və yaxud 0,45% artıb.

Gununsesi.info xəbər verir ki, “Azeri LT CIF” markalı neftin qiyməti 53,96 dollar/barelə bərabər olub.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Gununsesi.info