“Neftin bahalaşması neft buruqlarının sayını artırıb” - SAMİR ƏLİYEV

  • By admin
  • 15 Yanvar 2018 12:06

Neftin bahalaşması buruqların sayının artmasına müsbət təsir edib.

Bunu Gununsesi.info iqtisadçı-ekspert Samir Əliyevə istinadən xəbər verir.

Onun sözlərinə görə, ABŞ-da neftin qiymətlərinin belini qıran buruqların sayı keçən həftə birdən-birə 15 ədəd (2%) artaraq 939-a çatıb: “Halbuki əvvəlki 2 həftə azala-azala (6 ədəd) gedirdi. Beləliklə son bir ildə belə buruqların sayı 280 ədəd artıb”.

Kanada isə əksinə 39 ədəd (12%) azalaraq 276-a düşüb. Buna rəğmən son bir ildə artım 102 ədəd olub.

S.Əliyev deyir ki, dünyanın digər ölkələrində olan analoji buruqların sayı 12 ədəd (1%) artaraq 954-ə çatıb. İllik artım 25 ədəd (3%) olub.

Hazırda dünya üzrə slans nefti çıxaran buruqların sayı 2169-a çatıb.Neftin qiyməti bu həftə nisbətən ucuzlaşmalıdır.

Vüsalə

Gununsesi.info